Nazarbayev İlham Əliyevə məktub yazdı

Nazarbayev İlham Əliyevə məktub yazdı
  • Siyasət

  • Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

    LEQAL.AZ-ın xəbərinə görə, məktubda deyilir:

    "Hörmətli İlham Heydər oğlu.

    Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır.

    Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

    Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

    Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!"
    PAYLAŞ:

    Oxşar xəbərlər