Azərbaycanın xarici işlər naziri İran Prezidenti Həsən Ruhani ilə görüşüb

Azərbaycanın xarici işlər naziri İran Prezidenti Həsən Ruhani ilə görüşüb
  • Siyasət

  • İranda səfərdə olan Azərbaycan Respublkasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

    LEQAL.AZ xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı, regionun təhlükəsizlik problemləri müzakirə olunub.

    Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını prezident Həsən Ruhaniyə çatdırıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər