Qazaxıstan səfiri: Gəncə şəhərinin yenidən raket atəşinə tutulmasını və dinc əhalinin həlak olmasını qətiyyətlə pisləyirəm

Qazaxıstan səfiri: Gəncə şəhərinin yenidən raket atəşinə tutulmasını və dinc əhalinin həlak olmasını qətiyyətlə pisləyirəm
  • Siyasət

  • Mən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri məhəl qoyulmadan dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını yolverilməz və qeyri-insani hərəkət edirəm. Bununla əlaqədar, Gəncə şəhərinin yenidən raket atəşinə tutulmasını və dinc əhalinin, o cümlədən günahsız uşaqların həlak olmasını qətiyyətlə pisləyirəm. Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
    LEQAL.AZ xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov söyləyib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası nəticəsində regionda sülhə və sabitliyə təhlükə yaranması ilə əlaqədar ciddi narahatlığını bildirib. S.Abdıkarimov deyib: “Qazaxıstanın daha əvvəl bəyan etdiyi və dəyişməz qalan mövqeyi çərçivəsində bir daha təsdiq edirəm ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında dinc yolla nizamlanmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər