PKK terror təşkilatına tabe olan “Suriya Demokratik Şurası”nın həmsədri İlham Amed Rusiyaya gedərək müxtəlif görüşlər keçirəcək.
"Leqal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amedin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə Türkiyə və Suriya Milli Ordusunun əməliyyatları və Dəməşqlə dialoq məsələləri müzakirə olunacaq.
İlham Amed oktyabrda ABŞ rəsmiləri ilə də danışıqlar aparmışdı.