Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
"Leqal" xəbər verir ki, iclas zamanı Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr müzakirə olunacaq.
Eyni zamanda daxili siyasətdən əlavə, Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı danışıqlar olacaq.
İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək./modern