“Birləşmiş Ştatlar və tərəfdaşları İranla beynəlxalq nüvə müqaviləsinə qayıtmaq üçün xoş niyyətlə Vyana danışıqlarına qayıdırlar, amma Tehranın son aylardakı davranışları ürəkaçan deyil”.
"Leqal" xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lıoyd Ostin deyib.
“Gələn həftə İranın dialoq qrupu Vyana danışıqlarına qayıtmalıdır. Biz və tərəfdaşlarımız də xoş niyyətlə bu dialoqa qayıdırıq. Amma İranın son aylardakı davranışları, xüsusilə nüvə proqramının inkişafı kontekstində ürəkaçan deyil”, - nazir bildirib.
Ostin xəbərdarlıq edib ki, əgər diplomatiya nəticə verməsə, ABŞ İranın nüvə təhlükəsinin qarşısını almaq üçün alternativ yolları nəzərdən keçirməyə hazırdır:
“Biz nüvə probleminin diplomatik yolla həllinə sadiq qalırıq, amma İran buna hazır deyilsə, biz ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi variantları nəzərdən keçirəcəyik”.teleqraf