İnam Kərimov İsrailə səfər edib

İnam Kərimov İsrailə səfər edib
  • Siyasət

  • Kənd təsərrüfatı naziri İnam Kərimov İsrailə səfər çərçivəsində ölkənin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə görüşüb.

    Kənd Təsərrüfatı Nazirliyindən Leqal.az-a verilən məlumata əsasən, görüşdə aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

    Nümayəndə heyəti səfər çərçivəsində “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər