Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də İrana səfər edəcək.
Leqal.az Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanı Mövlud Çavuşoğlunu İrana səfərə dəvət edib.
Səfər çərçivəsində iki ölkə arasındakı əlaqələr hərtərəfli müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.