Rusiya və Türkiyə hərbi məhsulların tədarükü ilə bağlı danışıqları davam etdirir

Rusiya və Türkiyə hərbi məhsulların tədarükü ilə bağlı danışıqları davam etdirir
  • Siyasət

  • Rusiya Federasiyası Türkiyə ilə hərbi məhsullarının tədarükü və silahların birgə hazırlanmasını müzakirə edir.

    Leqal.az xəbər verir ki, bunu "İnterfaks"a "Dubay Airshow-2021" beynəlxalq aviasalonunda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

    D.Şuqayev bildirib: "Rusiyanın müasir hərbi məhsullarının tədarükü, eləcə də silahların birgə hazırlanması ilə bağlı danışıqlar davam edir".

    O, Türkiyə ilə hərbi-texniki əməkdaşlığın perspektivləri və Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin yeni partiyasının tədarükü üçün müqavilənin imzalanmasının mümkün vaxtı ilə bağlı suala cavabında dəqiq vaxt barədə məlumat verməyib: "Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlıq stabil şəkildə inkişaf edir".

    D.Şuqayev əlavə edib ki, bölgənin bir çox ölkəsi S-400 Triumf hava hücumundan müdafiə sisteminə maraq göstərir.

    PAYLAŞ:

    Oxşar xəbərlər