Fransanın xarici işlər naziri Jan-İv le Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Leqal.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.
Məlumata əsasən, öncə fransalı nazir həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra isə ATƏT-in Minsk Qrupunun himayəçiliyilə nazirlər arasında üçtərəfli görüş baş tutub.
Görüş zamanı Fransa XİN-in rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb.
Həmçinin, nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.