Şuşanın düşməndən azad olunmasından bir il ötür

Şuşanın düşməndən azad olunmasından bir il ötür
  • Siyasət

  • “Əziz Şuşa, sən azadsan!
    Əziz Şuşa, biz qayıtmışıq!
    Əziz Şuşa, biz səni dirçəldəcəyik!

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın qədim, mədəni və böyük strateji əhəmiyyətə malik şəhəri olan Şuşanın işğal azad edilməsindən bir il ötür.

    2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini verərək xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi. Xalqımız 30 ilə yaxın bir zaman ərzində “Qarabağın incisi”, “dağlar gözəli”, “baş tacımız” deyə xəyallarında yaşadaraq, həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini böyük coşqu ilə qarşıladı.

    Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.

    Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir.

    Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

    Odur ki, xalqımız Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixini həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin azad edildiyi şanlı gün kimi qiymətləndirir.

    Üçrəngli bayrağımızın kölgəsində Şuşa şəhərinin azadlığı əbədi olacaq.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər