XİN: “Ermənistanın silahlandırılması cəhdlərinə son qoyulmalıdır”

XİN: “Ermənistanın silahlandırılması cəhdlərinə son qoyulmalıdır”
  • Siyasət

  • Münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və hər kəs bu reallıqları qəbul etməlidir.

    Leqal.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

    “Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”,-məlumatda deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər