“Dağıdılmış Şuşaya baxmaq çox acınacaqlıdır”.
Leqal.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Şuşaya səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, xarabalıqlara baxmayaraq, Şuşada hazırkı firavan həyat hər kəsi sevindirir:
“Azərbaycan xalqında döyüş ruhu və əhval-ruhiyyəsi varsa, bütün xarabalıqları bərpa etmək olar. İndi Azərbaycanda yaxşı vaxtdır, güclü xalq yaranıb”.report