Binəli Yıldırım rusiyalı sülhməramlılardan və Zəngəzur dəhlizindən

Binəli Yıldırım rusiyalı sülhməramlılardan və Zəngəzur dəhlizindən
  • Siyasət

  • “Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır”.

    Leqal.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.

    O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı bəzi bölgələrdə yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur.

    B.Yıldırım əlavə edib ki, Laçın dəhlizinin istifadəsində problemlər yaranır: “Biz bəzən Laçın dəhlizində hansısa təxribatların şahidi oluruq”, - deyə o əlavə edib.

    Keçmiş baş nazir qeyd edib ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. B.Yıldırım Türkiyənin proseslərdəki rolundan danışıb:

    “Türkiyə bu regionu Mərkəzi Asiya və Avropa arasında yeni bağ qurulması kimi nəzərdən keçirir və bu istiqamətdə təşəbbüslər ortaya qoyur”, - deyə B.Yıldırım əlavə edib.oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər