Rusiya XİN 10 noyabr bəyanatı ilə bağlı açıqlama yayıb

Rusiya XİN 10 noyabr bəyanatı ilə bağlı açıqlama yayıb
  • Siyasət

  • Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı açıqlama yayıb.

    Bu barədə Leqal.az Rusiya XİN-ə istinadən xəbər verir.

    Qeyd olunub ki, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır.

    Bildirilib ki, Rusiya sonrakı demarkasiyası üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır:

    “10 noyabr 2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan- dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır.report

    Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər