Nazir: “Azərbaycan indiyə qədər 1700-dək erməni hərbçinin cəsədini təhvil verib”

Nazir: “Azərbaycan indiyə qədər 1700-dək erməni hərbçinin cəsədini təhvil verib”
  • Siyasət

  • “Ermənistan üçtərəfli razılaşmadan sonra ərazilərdən çıxmaq üçün cədvəldə razılaşdırılandan əlavə müddət istədi. Azərbaycan buna razılıq verməklə başqa məqsədinin olmadığını göstərdi”.

    Leqal.az-ın məlumatına görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında Xarici işlər naziri Ceyhun Bayramov bildirib.

    XİN rəhbəri deyib ki, Azərbaycan humanitar məqsədlə yolları açdı: “Azərbaycan indiyə qədər humanitar hüquqa uyğun olaraq 1700-dək erməni hərbçinin cəsədini təhvil verib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min insanımızın taleyindən isə hələ də heç bir xəbər yoxdur. Lakin biz fərqli davrandıq. Azərbaycan qış aylarında öz ərazisindən Ermənistana qaz nəqlinə icazə verdi, qalib, böyük dövlət kimi davrandı”.

    Xarici işlər naziri nəzərə çatdırıb ki, hazırda məqsəd işğaldan azad edilmiş ərazilərə soydaşlarımızın qaytarılmasıdır: “Bu ərazilərə səfər edən insanları iki məqam təəccübləndirir. Birinci, ərazilərdə törədilən dağıntının miqyasıdır. İkincisi isə qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi, Zəngilan və Laçında hava limanının tikintisinə başlanması, yolların çəkilməsi, şəhərlərin Baş planının təsdiqlənməsidir. Biz qısa müddət sonra ilk sakinlərin torpaqlarına qayıtmasına nail olacağıdır. Bu, həyatlarından keçən şəhidlərimizin, uzun illər köçkün həyatı yaşayan vətəndaşlarımızın qarşısında mənəvi borcumuzdur. Bunun qarşısında mina xəritələrini gizləmək, Azərbaycana verməmək çox cılız, insanlıqdan uzaq yanaşmadır. Necə 8 ayda ərazini 1200 minadan təmizləyərək Füzuli Beynəlxalq Hava Limanını tikmişik, eləcə də quruculuq işlərimizi davam etdirəcəyik”.apa

    C. Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Qlobal Forumunda da Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu bir daha bəyan etdiyini xatırladıb: “Ermənistana qonşuların suverenliyinə, sərhədlərinə hörmətlə yanaşmaq, özünü nəqliyyat dalanından çıxarmaq, inkişaf edən bölgənin bir parçasına çevrilməyi təklif edirik. Bunun cavabını Ermənistanın siyasi rəhbərliyi verəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər