Ermənistan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan 21 kilometrlik hissəsindən "tam imtina etmir" və bunun sərhədin delimitasiya və demarkasiyası nəticəsində həll olunacağına ümid edir".
Leqal.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
"Biz bu yoldan (Gorus-Qafan yolunun 21 kilometrindən) imtina etmirik, mübahisəli olan 2 hissədən başqa, bu bizim yoldur. Bu belədir, ya belə deyil - delimitasiya və demarkasiya göstərər. Bu prosesdə ağrılı sahələr olacaq ya yox, hər halda bunları bilmək və qeyd etmək daha düzgündür ki, gələcəkdə insident olmasın", - deyə erməni nazir Q.Sanosyan parlamentdə brifinq zamanı jurnalistlərə deyib./Unikal.org
Qeyd edək ki, Azərbaycan bu ilin sentyabrında hərbçisinə edilən hücumdan sonra Ermənistanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində polis və gömrük nəzarəti qurub. Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, bu yoldan istifadə ilə bağlı ötən ilin dekabrında Azərbaycanla razılaşıblar.
Bizimlə əlaqə saxlayın