Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş hərbi kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov bu gün İrəvana gedib.
Leqal.az xəbər verir ki, bu haqda Ermənistanın “İnfoPort” nəşri özünün Qarabağda yerləşən Rusiya hərbi kontingentindəki özəl mənbələrinə istinadla məlumat yayıb.
Həmin mənbələrin məlumatına görə, general Muradov sabah Bakıya gələcək. Və guya onun məqsədi erməni əsirlərinin yeni qrupunu İrəvana gətirməkdir…/moderator.az