Lavrov iranlı jurnalisti susdurdu

Lavrov iranlı jurnalisti susdurdu
  • Siyasət

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərdən yüksək səslə danışmamağı və nazirlər onlara verilən sualları cavablandırarkən kameraya şərh verməmələrini istəyib.

    Belə ki, Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla brifinqi zamanı İran telekanallarından birinin müxbiri kameraya Rusiya-İran danışıqlarının nəticələrinə dair şərh verməyə başlayıb. Bu zaman suala cavab verən Lavrov jurnalistin bu davranışının ona mane olduğunu bildirib.

    “Biz suallara cavab verərkən, müsahibə verməməyinizi xahiş edirik, (indi müxbirlərdən birinin etdiyi kimi)” deyə Lavrov jurnalistlərə müraciət edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər