Azərbaycanlı fotoqraf FEP-in mükafatına layiq görülüb

Azərbaycanlı fotoqraf FEP-in mükafatına layiq görülüb
  • Mədəniyyət

  • Azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.

    LEQAL.AZ-ın xəbərinə görə, FEP-in “İlin Professional Fotoqrafı 2021” müsabiqəsinin yekun nəticələri elan olunub. Müsabiqəyə 25 fərqli ölkədən qatılan fotoqraflar arasında idman kateqoriyası üzrə azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Top-10 finalisti olaraq “Distinction” və “Merit” mükafatlarına layiq görülüb.

    Qeyd edək ki, 2018-ci ildə Fərqanə Qasımlı FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər