Milli İncəsənət Muzeyində “Novruz ahəngi” adlı sərgi açılacaq

Milli İncəsənət Muzeyində “Novruz ahəngi” adlı sərgi açılacaq
  • Mədəniyyət

  • Yazın gəlişi ilə üfüqdə yüksələn Günəş yer-göyü nura- hərarətə qərq edərək təbiəti öz səmənisini göyərtməyə səsləyir. Fəsli-baharın gəlişini daha yaxından duymaq, estetik zövq almaq üçün Milli İncəsənət Muzeyi martın 16-da “Novruz ahəngi” adlı sərgi təşkil edəcək.

    Muzeydən LEQAL.AZ-a bildirilib ki, xalqımızın tarixində və məişətində kök salmış Novruz bayramı rəssamların ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapıb.

    Ziyarətçilər bayram əhval-ruhiyyəli “Novruz ahəngi” sərgisində bədii metal, zərif işləmələr və milli geyimlərlə tanış ola biləcəklər.

    Qeyd edək ki, sərginin açılışı mərasim şəklində təşkil olunmayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər