Türkiyənin Bursa, Konya və Tunceli vilayətlərində restovrasyiya işləri başa çatan üç muzey istifadəyə verilir.
LEQAL.AZ xəbər verir ki, bunlar Bursadakı “Türk İslam Əsərləri”, Konyadakı “Akşəhər Daş Əsərlər və Tunceli” muzeyləridir.
İlk Osmanlı mədrəsələrindən olan və 1414-1424 illərdə inşa edilən Yaşıl Mədrəsədə yerləşən “Türk İslam Əsərləri Muzeyi” XIII əsrdən günümüzədək gələn Səlcuqlu, Bəylik və Osmanlı dövrlərinə aid çini və keramika əsərləri, eləcə də taxta, oyma və naxış içi olan heykəllər, türk metal sənəti nümunələri, Səlcuqlu və Osmanlı dövrünə aid sikkələr, ənənəvi türk əl işləri və geyimlər sərgilənir.
“Daş Əsərlər Muzeyi” Konyanın Akşəhər bölgəsindəki ilk muzey binası olaraq istifadə edilən Daş Mədrəsənin nəzdində yaradılıb. Muzeydə Neolit dövründən Osmanlı dövrünün sonuna qədər olan əsərlər bir xronologiya ilə qorunma altına alınıb. Burada tarixi bir bütövlük yaratmaq üçün Türk-İslam dövrünə aid məzar daşları, lahitlər, kitabələr və daş əsərlər sərgilənir.
1935-1937-ci illərdə hərbi kazarma olaraq inşa edilən Tunceli Muzeyi 1949-cu ilə qədər bu məqsədlə istifadə edilib və sonra yaşayış yerinə çevrilib. Paleolit dövründən Türkiyə Respublikasının yaranma tarixinə qədər olan dövrlərə aid 692 əsərin sərgilənəcəyi muzey 5 min 800 kvadratmetr qapalı ərazidə yaradılıb. Muzeyin 1800 kvadratmetrlik bağçasında konsert və teatr kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.(azərtac)