Ağdamda bir dənə də olsun salamat bina qalmayıb.
LEQAL.AZ-ın məlumatına görə, məşhur fotojurnalist Reza Deqati növbəti dəfə işğaldan azad olunmuş Ağdamdan görüntülər paylaşıb.
Ağdamı 21-ci əsrin Xirosiması adlandıran fotoqraf Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlini taparaq fotolarını çəkib:
"Həmin heykəli teatrdan bir kilometr uzaqlıda tapdım, heykəl parçalanıb, baş hissəsini tapa bilmədim" deyə fotoqraf qeyd edib.(trend)