
İncəsənətin həyatımıza daxil olduğu bütün dövrlərdə onun başlıca və daimi mövzusunun insan olması danılmazdır.
Əvvəlcədən deyək ki, təsviri və tətbiqi sənət sahələrində yaradılan qadın obrazları ovqat və xarakter ifadəsinə görə çox rəngarəngdir.
Bu dəfə, heykəltəraş İlqar Balayev "Kədərli qadın", obrazlı heykəl hazırlayıb. Əsasən, heykəl – kədərli qadın obrazını ifadə edir.
İlqar Balayevin "Kədərli qadın" heykəli mənalı, insanı düşündürə bilən bir əsərdir. Həm də qadına həsr etdiyi obrazlı, heykəl zərif cinsin lirik və fədakar obrazını canlandırıb.
Daha çox bənzərsiz heykəltəraş ustası kimi tanıdığımız İlqar Balayev yaradıcılığında maraqlı əsərlər mövcudur.
Müəllifin əsərdə canlandırdığı onun daşıdıqları çoxqatlı mənəvi-psixoloji dəyərlərin bədiiləşdirilməsi istəyi ilə bağlı olmuşdur.
Onun “Kədərli qadın” heykəlində, eləcə də nakam həyat dastanını cavabsız qalan qadın obrazını mükəmməl alındırmışdır.
İlqar Balayev heykəldə bir qadının nə demək istədiyini çox gözəl dəqiqliklə bacarmışdır.
Heykəltəraş, rəssam İlqar Balayevin yaradıcılığında görkəmli yeri həm də Azərbaycan şəhidlərinə həsr etdiyi heykəl, büstlər tutur.
Qeyd edək ki, İlqar Blayevin övladları Müstəqil, Aqşin qardaşlarıda, ali təhsilli Rəssam və heykəltaraşdılar. Onlar da ataları ilə yanaşı Masallı rayonunda yerləşən Qəhrəmanlar parkının müəllifidirlər.
Müəllif: "Leqal"



