Leqal.az-ın Cənub bürosunun verdiyi məlumata görə, əslən Masallı rayonundan olan və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu rəssam və heykəltəraş Müstəqil Balayev peşəkar qəssab, aşpaz və restoran şəbəkəsi sahibi Nüsrət Gökçənin büstünü hazırlayıb.
Nüsrət Gökçə peşəkar qəssab, aşpaz və restoran şəbəkəsi sahibidir. Özünəxas formada ət bişirmə və duzlama səbəbindən "Salt Bae" ləqəbi ilə də tanınan Nüsrət bir internet fenomeni olub.
Qeyd edə ki, Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə "Nusr-et Steakhouse" adlı öz markasını yaradıb.
Onun Türkiyənin bir neçə şəhərində, eləcə də Dubayda, Əbu-Dabidə və Mayamidə "Nusr-Et" brendi altında səkkiz "steakhouse" və dörd "fast food" məkanı var.