Heykəltəraş Akşin Balayev - Türkiyəli ifaçı Barış Akarsunun barelyefini hazırlayıb

Heykəltəraş Akşin Balayev - Türkiyəli ifaçı Barış Akarsunun barelyefini hazırlayıb
  • Mədəniyyət / Maraqlı

  • 2007-ci ildə yol qəzasında həyatını itirən türkiyəli ifaçı Barış Akarsunun barelyefi hazırlanıb.

    LEQAL.AZ bildirir ki, barelyefi gənc heykəltəraş Akşin Balayev ərsəyə gətirib.

    Barış Akarsu 1979-cu il iyunun 29-da Amasrada doğulub. Orta və lisey təhsilini da burada tamamlayıb. Lisey illərində Amasra Yelkənli qayıq Klubunda peşəkar şəkildə bu idman növü ilə məşğul olub. Musiqiyə marağı kiçik yaşlarından başlayıb. Orta məktəbdə oxuyarkən əlində fleyta küçələri dolaşdığını deyirdi. Peşəkar musiqi ilk tanışlığı Amasraya konsert üçün gələn qrupların təsiri altında olub.

    Gitaraya maraq göstərən Akarsu 1970-1980-ci illərin rokçularından təsirlənir. Bir müddət Antalyada həvəskar musiqiçi kimi çalışır. Ankaradakı gecə klublarında barmen, ofisiant və musiqiçi kimi də özünü göstərir. Həmin illərdə dörd il ərzində müxtəlif barlarda, yerli telekanal və radiolarda proqramlarla çıxış edir. Həmin dönəmdə ATV kanalında yayımlanan "Akademi Türkiye” yarışmasına qatılır, 2004-cü ildə yarışı birinciliklə bitirir. Yarışdan dərhal sonra İstanbula yerləşir və musiqi karyerasını burada davam etdirir. Yarışda şöhrətin zirvəsinə qalxan Barış Akarsu Türkiyənin müxtəlif şəhərlərində 200-dən çox konsert verib.

    Qeyd edək ki, B.Akarsu 2007-ci il iyulun 4-də 28 yaşında motosikl qəzasında dünyasını dəyişib.




    PAYLAŞ:

    Oxşar xəbərlər