Hər bir insan açılmayan bir sirlə yaşayır. Qaldı ki, yaradıcılıq sirri, onu da açıqlamaq olmaz. Çünki onlarla söhbət etdikdə görürsən ki, rəssamların öz rənglər aləmi var. Bizi onlardan fərqləndirən yalnız o cəhədi. Görünür burda Allahın bir hikməti də var. Heykəltəraş Akşin Balayev ərsəyə gətirmiş olduğ bu əl işi Türkan Şorayı bir azərbaycanlı olduğunun göstərcisidir. Bəlkə bir çoxlar bilmirdi ki, bu xanım aktirisa əslən Naxçıvan şəhərindəndir.
Mən Akşini tanıyandan onun öz sənətindən necə zövq almasının şahidiyəm. Hətta Akşin Vətən müharibəsi mövzusunda bir sıra əsərlərin müəllifi kimi də tanınır.
Xatırladaq ki, Atası azərbaycanlı olan türk kinosunun sultanı Türkan Şoray 1945-ci il iyunun 28-də İstanbulda doğulub. O, məmur ailəsinin ilk övladı idi. Bioqrafiyasında atası çərkəz əsilli yazılsa da, Türkan Şoray müsahibələrindən birində ata tərəfdən azərbaycanlı, Naxçıvandan olduğunu demişdi. İndiyədək bunu dilə gətirən yeganə mənbə də onun özüdür. Anası isə Selanikdəndir.
"LEQAL.AZ"