Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırdır

Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırdır
  • Mədəniyyət / Maraqlı

  • Bu gün böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulan heykəlinin açılışı gözlənilir. 

    "Leqal"ın məlumatına görə, bir müddət əvvəl H.Z.Tağıyevin heykəlinin qoyulması üçün ərazidə işlərin görülməsinə başlanılıb. 

    Xalq rəssamı Xanlar Əhmədov Oxu.Az-a açıqlamasında heykəlin açılışının bu gün olacağını bildirib.

    Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edilib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.

    Xatırladaq ki, ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv olunduğu üçün heykəlin açılışı təxirə salınmışdı. 


    PAYLAŞ:

    Oxşar xəbərlər