Hacı Zeynalabdin Tağıyevin heykəli bura qoyulacaq

Hacı Zeynalabdin Tağıyevin heykəli bura qoyulacaq
  • Mədəniyyət

  • Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyasının yaxınlığında qoyulacaq heykəlinin ərazisi hasarlanır və hazırlıq işlərinə başlanılır.

    LEQAL.AZ  xəbər verir ki, report-un əməkdaşları həmin ərazidə olub.

    Ərazidə heykəlin qoyulması üçün qazıntı və fundament qoyulması işlərinə başlanacağı gözlənilir.

    Ötən ildən hazır olan heykəlin ucaldılması pandemiya səbəbindən ertələnmişdi.

    Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilmişdi. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.

    Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu.

    PAYLAŞ:

    Oxşar xəbərlər