İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib

İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib
  • Maraqlı / Dünya

  • “Tesla” və “SpaceX” kompaniyalarına rəhbərlik edən amerikalı sahibkar İlon Mask “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı insanları reytinqində ikinci pilləyə yüksəlib.

    LEQAL.AZ “Forbes” jurnalının saytına istinadla xəbər verir ki, İlon Maskın varidatı 144,7 milyard dollar həcmində qiymətləndirilir. O, Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arnonu (144,3 milyard dollar) ikinci yerdən üçüncü mövqeyə sıxışdıra bilib.

    Reytinqə əvvəlki kimi, dünyanın ən böyük online-riteyleri olan “Amazon” kompaniyasının sahibi Ceff Bezos başçılıq edir (185,4 milyard dollar). Siyahıda dördüncü və beşinci yerləri isə müvafiq olaraq “Microsoft” kompaniyasının qurucularından biri olan Bill Qeyts (118,8 milyard dollar) və “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq (104 milyard dollar) tutur.
    PAYLAŞ:

    Oxşar xəbərlər