Bill Qeyts su və kanalizasiyanın lazım gəlmədiyi unitazı nümayiş etdirib

Bill Qeyts su və kanalizasiyanın lazım gəlmədiyi unitazı nümayiş etdirib
  • Maraqlı / Dünya

  • “Microsoft” kompaniyasının banilərindən biri olan Bill Qeyts son illər fəaliyyəti sanitariya sahəsində yeni texnologiyaların hazırlanmasına yönələn tədqiqat fonduna daha çox diqqət ayırır.

    LEQAL.AZ
    xarici KİV-lərə istinadla xəbər verir ki, alim və mühəndislərin son uğuru su və kanalizasiyanın lazım gəlmədiyi unikal tualet olub.

    Bill Qeyts son zamanlar sanitariya məsələləri ilə daha çox maraqlanmağa başlayıb. Onun kompaniyası bununla bağlı ciddi problemlərin olduğu ölkələr üçün nəzərdə tutulan maraqlı layihələr nümayiş etdirib. Bill Qeyts bu yaxınlarda Çində suya ehtiyacı olmayan ayaqyolunun təqdimatını keçirib. Həmin unitazı kanalizasiyaya qoşmağa gərək yoxdur. Belə ki, unitaz insan ifrazatını xüsusi kapsula yığır, sonradan isə kənd təsərrüfatı üçün gübrəyə çevirir.

    Unitazı “Microsoft” kompaniyasının qurulduğu və kütləvi kompüterləşmənin başladığı 70-ci illərin texnoloji inkişafı ilə müqayisə edən Bill Qeyts bu layihə üzərində çalışmaların illərlə sürdüyünü və artıq bazara çıxmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, yaxın on illər ərzində tullantıların bu cür utilizasiyası dünyanın bütün ev təsərrüfatlarını “zəbt” edəcək. Elmi-texniki inkişaf sayəsində böyük təmizləyici stansiyalara da ehtiyac qalmayacaq.

    Bill Qeytsin əsasını qoyduğu xeyriyyə fondu son yeddi ildə insan ifrazatını suya, yanacağa və gübrəyə çevirmək imkanlarının tədqiqi ilə məşğul olan tədqiqat layihələrinə 200 milyon dollar vəsait yatırıb. Fondun ekspertlərinin hesablamalarına görə, antisanitariya hər il 5 yaşına qədər yarım milyon uşağın ölümünə səbəb olur, həmçinin dünya iqtisadiyyatını 233 milyard dollar əlavə maliyyə xərcləri ilə yükləyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər