Medvedevdən sərt xəbərdarlıq: “Onu da Saakaşvilinin taleyi gözləyir”

Medvedevdən sərt xəbərdarlıq: “Onu da Saakaşvilinin taleyi gözləyir”
  • Maraqlı / Dünya

  • “Ukrayna Prezidenti Volodimir Zelenskini Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilidən heç də az kədərli tale gözləmir”.

    "Leqal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

    O bildirib ki, Rusiya ilə münasibətlərdə milli məsələlərin qızışdırılması bunu təhrik edənlər üçün ağır və çox vaxt geridönməz nəticələrə gətirib çıxarır.

    “Psixoloji cəhətdən qeyri-sabit Saakaşvili bunu dərk etmədi. Bəs indi haradadır, başına nə gəldi?”, - Medvedev vurğulayıb.

    Rusiya rəsmisinin iddiasına görə, yaxın gələcəkdə Zelenskini də heç də az kədərli tale gözləmir. Medvedev əlavə edib ki, Ukrayna lideri nə öz vətəndaşlarına, nə də onu dəstəkləyən Qərb ölkələrinə lazım olacaq və “törətdiyi cinayətlərə görə” beynəlxalq tribunal qarşısına çıxacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər