Çinin Ukrayna ilə bağlı mövqeyi budur - Lavrov

Çinin Ukrayna ilə bağlı mövqeyi budur - Lavrov
  • Maraqlı / Dünya

  • Pekinin Ukrayna məsələsi ilə bağlı mövqeyi konstruktivdir və böhranın əsas səbəblərinin, eləcə də onun həlli yollarının dərindən dərk edilməsinə əsaslanır.

    "Leqal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

    “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk. Bu mövqe böhranın yaranma səbəblərinin və onun siyasi yolla həllinin, yəni əsas səbəblərin müəyyən edilərək aradan qaldırılmasının zəruriliyinin dərindən başa düşülməsinə əsaslanır”, – deyə Lavrov vurğulayıb.

    Lavrov əlavə edib ki, Çin Sədri Si Szinpinin mövqeyi Rusiya Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı təklif etdiyi layihə ilə ahəng təşkil edir.//Axar.az
    PAYLAŞ:

    Oxşar xəbərlər