Xamenei dəfn olundu

Xamenei dəfn olundu
  • Maraqlı / Dünya

  • Məşhəd şəhərində İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi keçirilib. 

    "Leqal" xəbər verir ki, TASS-ın məlumatına görə, İranın mərhum Ali Lideri Əli Xamenei dəfn doğulduğu Məşhəd şəhərində dəfn olunub.

    Onun cənazəsi İmam Rza məqbərəsində torpağa tapşırılıb.

    Bildirilir ki, mərasimə yüzminlərlə insan qatıldığı üçün təşkilatçılar dəfn kortejinin marşrutunu dəyişmək məcburiyyətində qalıblar.

    İzdiham səbəbindən tabut məqbərəyə helikopter vasitəsilə çatdırılıb.

    Məqbərənin ərazisində Əli Xamenei və onunla birlikdə həlak olmuş ailə üzvləri üçün cənazə namazı qılınıb. Bundan sonra yalnız yaxın qohumların iştirakı ilə qapalı dəfn mərasimi keçirilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər