Ukrayna ordusu Rusiyanın Belqorod şəhərinə raket zərbələri endirib.
"Leqal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
O, hücum nəticəsində iki nəfərin öldüyünü, üç nəfərin isə yaralandığını bildirib.
Qubernator həmçinin enerji infrastrukturuna ciddi ziyan dəydiyini qeyd edib.