Pakistanın təhlükəsizlik qüvvələri İslamabadda məscidin yaxınlığında 30-dan çox insanın ölümünə səbəb olan terror aktının təşkilatçısı və digər üç nəfər saxlanılıb.
"Leqal" xəbər verir ki, bu barədə "Nyus" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, terrorçuların ələ keçirilməsi əməliyyatı ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində həyata keçirilib. Məlum olub ki, təşkilatçı İŞİD terror təşkilatı ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib.
Silahlıların saxlanılması zamanı bir təhlükəsizlik işçisi həlak olub, üç nəfər yaralanıb.
Qeyd edək ki, Pakistanın paytaxtı İslamabad şəhərindəki məsciddə güclü partlayış baş verib. Hadisə nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.