Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib

Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
  • Maraqlı / Dünya

  • Floridada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rutdur.

    Bu haqda “Fox News” telekanalı xəbər verib.

    Əldə olunan məlumata görə Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşəm Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

    “The New York Post” isə Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.

    Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib.

    MSN News xəbər portalının məlumatına görə, təsdiqlənməmiş məlumatlara görə, Rut Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər