İran Prezidenti Məsud Pezeşkian dövlət başçısı kimi ilk rəsmi səfərini İraqa edəcək.
Leqal.az xəbər verir ki, bu barədə "Əl-Məyadin" xəbər agentliyi məlumat yayıb.
Mənbələr bildiriblər ki, Pezeşkianın qonşu ölkəyə səfəri iraqlı həmkarı Əbdül Lətif Rəşidin dəvəti ilə olacaq.
İran prezidentinin İraqdan sonra ABŞ-ın Nyu-York şəhərinə - BMT-nin toplantısına səfərinin planlaşdırıldığı da bildirilir.