Rusiya MSK: Putin prezident seçkilərində liderdir

Rusiya MSK: Putin prezident seçkilərində liderdir
  • Maraqlı / Dünya

  • Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.

    Bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

    Siyahıda ikinci yeri Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %), üçüncü yeri “Yeni insanlar”dan Vladislav Davankov (3,98%), dördüncü yeri Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%) tutub.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentliyə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə səslərin hesablanması ilə bağlı məlumatlandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər