Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Leqal.az xəbər verir ki, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyev liderdir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,20 faiz - (59 719 səs )
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 - (21 406 səs)
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz - (53 986 səs)
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 - (17 855 səs)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz (48 315 səs).
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,8 faiz - (12 981 səs).
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.
***
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov elan edib.
Məzahir Pənahovun sözlərinə görə, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.
İlkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 92,05 faiz (4 milyon 281 min 625);
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz (101 min 851);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz (37 min 386);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz (92 min 980);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz (31 min 33);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz (81 min 799);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,53 faiz (24 min 799)//Qafqazinfo