İran Rusiya və Belarusda PUA zavodu inşa etməyə hazırlaşır

İran Rusiya və Belarusda PUA zavodu inşa etməyə hazırlaşır
  • Maraqlı / Dünya

  • İran Belarus və Rusiyada pilotsuz uçuş aparatı (PUA) istehsalı üzrə zavodlar inşa etməyə hazırlıq görür.

    Bu barədə məlumat ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) yaydığı hesabatda yer alıb.

    Məlumata görə, bu, Rusiyaya öz ordusunu PUA ilə zənginləşdirməyə, İrana isə ölkəyə vəsait cəlb etməyə kömək etməlidir. 

    Analitiklər qeyd ediblər ki, iyulun 31-i Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin iranlı həmkarı, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşdə Belarusda kamikadze dronlarının istehsalı üzrə zavodun yaradılmasını müzakirə edib.

    İddialara əsasən, zavodun yaradılmasında məqsəd Ukraynada davam edən müharibədə Rusiyaya dəstək olmaqdır. 

    Hesabata görə, iranlı mühəndislər daha əvvəl Belarusun Qomel şəhərində yerləşən zavodun dron istehsalı müəssisəsinə çevrilməsi imkanlarını araşdırıb. Qeyd olunur ki, Belarusda İran dronlarının istehsalı ilə bağlı zavodun inşası Rusiyanın Yaxın Şərq vasitəsilə İrandan PUA daşınması zamanı üzləşdiyi logistika problemlərini yüngülləşdirəcək. 

    İyun ayında isə ABŞ tərəfi İranın Rusiyada Yelabuqa şəhərində dron zavodunun inşa edilməsi üçün ölkəyə kömək etdiyi barədə məlumat yayıb.

    qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər