Bu gün Türkiyə prezident əi Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladinir Putin arasında telefon danışığı olacaq.
Türkiyə mətbuatı xəbər verir ki, görüşdə taxıl dəhlizi sazişinin yenidən qüvvəyə minməsi və Ukrayna ilə davam edən müharibə müzakirə olunacaq.
Ərdoğanla Putinin təkbətək görüşü də planlaşdırılır. Ancaq tarix və yer hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki Rusiya iyulun 17-də müddəti başa çatan Taxıl Dəhlizi sazişinin uzadılmayacağını açıqlayıb. Ərzaq qiymətlərinə birbaşa təsir edən bu qərardan sonra gözlər diplomatik danışıqlara çevrilib.