Putinin qiyamdan sonra Priqojinlə görüşdüyü AÇIQLANIB

Putinin qiyamdan sonra Priqojinlə görüşdüyü AÇIQLANIB
  • Maraqlı / Dünya

  • Peksov görüşün detallarının məlum olmadığını deyib

    Rusiya Prezidenti Vladimir Putinin Kremldə “Vaqner” hərbi birliyinin rəhbərliyi ilə görüşdüyü bildirilir.

    Bu barədə xarici medianın yazdığını təsdiqləyən Rusiya Prezidenin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüşün məlum qiyam cəhdindən beş gün sonra sonra baş tutduğunu deyib.

    “Həqiqətən də, dövlət başıçısının belə bir görüşü olub. Prezident 35 nəfəri dəvət etmişdi, bütün bölük komandirlərini və rota rəhbərliyini. O cümlədən, Priqojinin özünü. Bu görüş iyunun 29-da Kremldə baş tutub. Üç saata yaxın davam edib”, – deyə o, jurnalistlərə görüş barədə danışıb.

    D.Peskov qeyd edib ki, bu görüşün təfərrüatları məlum deyil:


    “Yalnız onu deyə bilərəm ki, prezident hərbi müdafiə zamanı şirkətin cəbhədəki fəaliyyətinə, eyni zamanda, 24 iyun hadisələrinə də qiymət verib. Putin komandirlərin izahatlarını dinləyib və onlara əlavə təkliflər verib”.

    İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi olub.

    “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib.

    O, əvvəlcə Rostov, ardınca isə Voronej şəhərlərini nəzarətə götürüb.

    Günün birinci yarısında Prezident Vladimir Putin xalqa müraciətində baş verənləri xəyanət adlandırıb və qiyamı təşkil edənlərlə bağlı orduya əmr verildiyi bildirib.

    Günün ikinci yarısı Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı ilə razılaşaraq Priqojinlə danışıq aparıb.

    Nəticədə Y.Priqojin hərbi yürüşü dayandıraraq Belarusa gedib.

    Onun barəsində açılan cinayət işi isə ləğv edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər