Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb
  • Maraqlı / Dünya

  • Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

    APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, danışıq zamanı taxıl sazişi ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb. Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən taxıl sazişinin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər