Ruslar nəzarətlərində olan Kaxovka SES-i ona görə partlatdılar ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gecikdirsinlər.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Heç nə Ukrayna müdafiəçilərinin ölkə ərazilərini azad etməsinə mane ola bilməz. Onlar hesab edirdilər ki, bu ərazilər bizim əks-hücum istiqamətlərimizdən biri ola bilər. Hücumu gecikdirmək üçün belə bir terakt həyata keçirdiər. Onların fəaliyyəti Ukrayna SQ-nin döyüş qabiliyyətinə təsir etməyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar.
Bölgədəki bir sıra yaşayış məntəqələri su altında qalıb.