Hatayda 6,4 bal gücündə zəlzələ oldu - Binalar dağıldı

Hatayda 6,4 bal gücündə zəlzələ oldu - Binalar dağıldı
  • Maraqlı / Dünya

  • Türkiyənin Hatay şəhərində 6,4 bal gücündə zəlzələ olub.

    qafqazinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanlar yerli vaxtla 20:04-də Defne rayonunda qeydə alınıb.

    Zəlzələnin yerin 7 kilometr dərinliyində baş verdiyi qeyd edilib.

    6,4 bal gücündə zəlzələdən sonra mərkəzi Samandağda 5,8 bal gücündə daha bir zəlzələ baş verib. Şəhərdə bəzi binaların uçduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər