Prezident İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyev  Çinin CGTN televiziya kanalına müsahibə verib
  • Maraqlı

  • Bildiyimiz kimi Çinlə Azərbaycan arasında hər zaman etibarlı münasibətlər , dostluq əlaqələri olub və hər iki ölkənin dövlət başçıları arasında  zaman - zaman görüşlər təşkil olunur. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında "Bir kəmər,bir yol"Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırmışdı.
                   
    Prezident İlham Əliyev 17 yanvar tarixində Çinə növbəti səfərində Çinin CGTN televiziya kanalına müsahibə vermişdir. Dövlət başçısı müsahibəsində bildirdi ki, əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub.30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir.Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var . Biz həmişə bir-birimizin ərazi bütövlüyünü  və suverenliyini dəstəkləyirik.
               
    Müsahibəsində Prezident iqtisadi əməkdaşlıq əlaqələrinin durmadan artdığını və Azərbaycanın Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəklədiyini qeyd etdi.
                 
    Eyni zamanda enerji, kənd təsərrüfatı  və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid etdiyini vurğuladı."Bir kəmər, bir yol"təşəbbüsünə toxunan prezident bu layihənin çox böyük coğrafiyanı əhatə etdiyini, vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs oldugunu qeyd edərək Azərbaycanın bu layihəyə fəal şəkildə qoşulduğunu və ilk günlərdən başlayaraq mövcud olmayan infrastruktura invenstisiya yaratmağa başladığını qeyd etdi.Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini və Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdi.Bu təşəbbüs müxtəlif marşrutları ,xüsusilə də Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı.Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq,loqistik  və nəqliyyyat mərkəzinə çevrildi.Dövlət başçısı hazırda avtomagistrallar və hava limanları kimi layihələrin də həyata keçirildiyini vurğuladı. Tranzit nəqliyyat layihələrinin inkişafı məslələrinə toxunan Prezident bildirdi ki,bu layihələrin inkişafı iqtisadiyyatın şaxələnməsinə və neft-qaz gəlirlərindən asılılığın azalmasına gətirib çıxarır.Əlbəttə ki,ərazimizdən nə qədər çox yük keçərsə ,bizim bundan bir o qədər faydamız olar,bir o qədər də iş yerlərimiz olar.Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə ,bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir.O cümlədən Azərbaycanın Çinlə yaşıl enerji sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edərək dövlət başçısı bildirdi ki,Azərbaycanda böyük potensial var,Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur.Bu səylər birləşməlidir.Azərbaycan yaşıl enerjini,yaşıl hidrogeni təchiz etməyi planlaşdırır və bunun təkcə bizim ölkə üçün yox,həm də bütün region üçün çox böyük potensialı var.
                   
    Müsahibə boyu Cənab Prezidentimizin cavabları həm çinli jurnalisti,həm də auditoriyanı heyrətləndirdi.Hətta,bir məqamda çinli jurnalist sual vermək əvəzinə dövlət başçımızın siyasi fəaliyyətini xarakterizə etməyə çalışaraq :"Məni hər zaman bir məsələ maraqlandırır ki,vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq ,ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır" sualına dövlət başçımızın cavabı qısa və konkret oldu:"İlk növbədə demək istərdim ki,yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm".İlham Əliyev söz verib sözündən qaçan , siyasətçiyə yaraşmayan hərdəmxəyallıqdan əziyyət çəkən Ermənistan rəhbərliyinin bu "keyfiyyətlərini" nəzərə alaraq qeyd etdi ki,biz yalan vədlərə əsaslanan çox sayda siyasi və seçki kampaniyalar görmüşük.Lakin bu uğur gətirməyib. O qeyd etdi ki,"Mən hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm .Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var".İlk növbədə biz xalqımıza dürüst davranırıq,onlar da bizi dəstəkləyir,bizə etibar edir. Bəli,Cənab Prezident bütün məqamlarda öz siyasi mövqeyini ortaya qoymağı bacardı.
                   
    Bu gün sürətlə inkişaf edən Azərbaycanımızın əsas məqsədlərindən biri də bəşəri dəyərləri qorumaq,beynəlxalq aləmdə inam və etimadı qorumaq, dostluğu, tərəfdaşlığı möhkəmləndirməkdir.Bütün bu sahələrdə böyük uğurlara imza atan Prezident İlham Əliyev bu vəzifələrin öhdəsindən gəlməyin mükəmməl nümunəsini yaradır.



    Aygül Həşimova,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər