Süni ana bətni - Körpələr qarın boşluğundan kənarda inkişaf etdiriləcək

Süni ana bətni - Körpələr qarın boşluğundan kənarda inkişaf etdiriləcək
  • Maraqlı

  • Alimlər tərəfindən hazırlanan süni bətn konsepsiyası çətinliklərin keçmişdə qalacağını, körpələrin qarın boşluğundan kənarda – kapsulalarda inkişaf edəcəklərini proqnozlaşdırıblar.

    Bu barədə “Forbes” məlumat yayıb.

    Son illərdə doğum səviyyəsinin aşağı düşməsi bütün dünya üçün təhlükəyə çevrilib. Bu vəziyyətə çarə axtaran elm adamları insanlar üçün yeni xəbəri tezliklə bütün dünya ilə paylaşmağı düşünürlər – süni bətnlər! Qeyd edək ki, 2017-ci ildə alimlər heyvanlarda süni bətn funksiyasını yerinə yetirən “BioBag” adlı ixtira etdilər. O zaman bu yolla səkkiz döl quzunu 105- 120 gün ərzində böyütməyə nail olmuşdular. Bu inkişafa uyğun olaraq, insanlar üçün nə edə biləcəklərini düşünən elm adamları ana olmaqda çətinlik çəkən qadınlar üçün “EctoLife” süni bətn qurğusuna dair ilk addımı atıblar.

    Alimlər iddia edirlər ki, bu ixtira zamanla ənənəvi doğuşu əvəz edəcək gücə malikdir. Belə ki, süni zəkadan tam istifadə edən bu sistem 360 dərəcəlik kameralar vasitəsilə və virtual reallıq qulaqcıqları ilə birləşərək körpələrinizi izləməyə və eşitməyə imkan verəcək. Bununla yanaşı, körpənizin inkişaf mərhələsini videogörüntüyə çevirərək smartfonlarınızda izləyə biləcəyiniz bir təcrübə əldə edilməsi planlaşdırılır. Sonda nəzərinizə çatdıraq ki, ekspertlər yeni texnologiyanın müzakirələrə səbəb ola biləcəyinin qaçılmaz olduğunu düşünürlər...

    PAYLAŞ:

    Oxşar xəbərlər