Rusiya sərhədində körpü partladıldı

Rusiya sərhədində körpü partladıldı
  • Maraqlı / Dünya

  • Martın 19-da Ukrayna Baş Kəşfiyyat İdarəsi və "Azov" alayının döyüşçüləri Rusiya ilə sərhəd yaxınlığındakı dəmir yolu körpüsünü partladıblar.

    "Leqal.az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

    Bildirilir ki, bu yolla işğalçılar öz qoşunlarına sursat və ləvazimat gətirməyi planlaşdırırdılar. 

    “Ukrayna dialoqu” nəşrinin Telegram kanalında onlar körpünün altına partlayıcı maddələr olan qutuların qoyulması və onun partladılması prosesinin pilotsuz təyyarə ilə lentə alınmış videosunu dərc ediblər. Qeyd olunur ki, "düşmən artıq dağıdılmış körpü ilə bir patron belə çatdıra bilməyəcək".

    Bu gün məlum olub ki, İrpen çayının bəndini partlatmaqla işğalçılar Kiyev istiqamətində manevr etmək və hücum etmək imkanından məhrum olublar.Eyni zamanda Putinin əsgərləri öz əməlləri ilə bir neçə kəndi su basmasına səbəb olublar.modern.az
    PAYLAŞ:

    Oxşar xəbərlər