G7 ölkələrinin Xarici İşlər nazirləri birgə bəyanatla çıxış ediblər.
XİN rəhbərləri danışıqlarının yekunlarına əsasən çıxış etdikləri bəyanatda Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında yerləşdirilməsindən narahatlıqlarını ifadə ediblər.
Bildirilib ki, G7 Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün Normand Formatının səylərini dəstəkləyir.
“Ukraynanın şərqindəki münaqişənin davamlı siyasi həllinin yeganə yolu olan Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Normand prosesi çərçivəsində Almaniya və Fransanın səylərini yüksək qiymətləndirdiyimizi və davamlı dəstəyimizi vurğulayırıq”, - deyə bildirilib. //oxu.az
LEQAL.AZ